Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

08.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən xəbərə görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 6-da həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 1 (bir) nəfər Mərakeş Krallığı vətəndaşı, oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 (iki) nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı Azərbaycan Respublikasından Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью