Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov deyib.
O bildirib ki, təbii inhisar sahələri ölkə iqtisadiyyatının geniş və strateji əhəmiyyətli hissəsini əhatə etməklə enerji, nəqliyyat, rabitə və digər baza infrastruktur xidmətlərinin davamlı fəaliyyətini təmin edir:
"Bu sahələrdə müəyyən fəaliyyətlərin təbii inhisar şəraitində həyata keçirilməsi iqtisadi və texnoloji baxımdan zəruri ola bilər. Bununla yanaşı, həmin sahələr üzrə fəaliyyət istiqamətlərinin xüsusiyyətlərindən asılı olaraq rəqabət imkanlarının mövcudluğu da nəzərə alınmalıdır".
"Buna görə Milli Fəaliyyət Planı bir tərəfdən dövlət müəssisələrinin fəaliyyətində rəqabətli neytrallığın qiymətləndirilməsini, digər tərəfdən isə rəqabətin mümkün olduğu fəaliyyətlərin müəyyən edilərək rəqabətli bazar modelinə mərhələli keçid imkanlarının araşdırılmasını nəzərdə tutur. Məqsəd dövlətin iqtisadi fəaliyyəti ilə bazarın ehtiyacları və iqtisadi inkişaf məqsədləri arasında tarazlıq yaratmaqdır", - deyə sədr əlavə edib.
Könül