Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilib

08.07.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dövlət şirkətlərinin səhmlərinin yerləşdirilməsi sadələşdirilib. SİA xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev “Qiymətli kağızlar bazarı haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, bundan sonra dövlətə məxsus səhmdar cəmiyyətlərinin yeni səhmlərini dövlət orqanları (qurumları) və yaxud bütün səhmləri dövlətə məxsus digər səhmdar cəmiyyətləri əldə ediləcəyi təqdirdə həmin qiymətli kağızlar Azərbaycan Mərkəzi Bankının onların buraxılışını dövlət qeydiyyatına alması ilə yerləşdirilmiş hesab ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью