Dövlət sirrini yayan hərbi ekspert azadlıqda

07.04.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Ötən il həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, hökmə əsasən, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə (dövlət sirrini yayma) təqsirli bilinib. Ona üç il azadlıqdan mərhumetmə cəzası təyin edilib. Lakin həmin müddət şərti hesab olunub. Ə.Verdiyev məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi əraziləri lentə alaraq sosial şəbəkə hesabı vasitəsilə yaymasına və Azərbaycanın qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdi.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью