Dövlət Sosial Müdafiə Fondu auditor seçir

30.08.2025

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) aparat və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti üçün açıq tender elan edib. SİA-nın verdiyi məlumata görə, tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 22-nə qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin qalibi sentyabrın 22-də, saat 17:00-da portalda açıqlanacaq.

Xatırladaq ki, DSMF-nin 2023-2024-cü illər üzrə maliyyə hesabatlarının auditini "KPMG Audit Azərbaycan" MMC həyata keçirib. Şirkətə 600 min manat ödənilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью