Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

15.05.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz artaraq 26 milyard 277,6 milyon manat və ya hər nəfərə orta hesabla 2568,4 manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 22 milyard 748,6 milyon manat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью