Dövlət Statistika Komitəsində bir vəzifə LƏĞV OLUNDU

24.08.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri həyata keçirilib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Komitənin Aparat rəhbəri Qasım Əliyev tutduğu vəzifədən azad edilərək sədrin müşaviri təyin olunub.
Sədrin müşaviri Səbuhi Əliyev Komitənin Aparat rəhbəri, Aparat rəhbərinin müavini Zaur Əliyev isə Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edilib. Eyni zamanda, Aparat rəhbərinin müavini vəzifəsi ləğv olunub.
Komitədən "Report"a məlumatı təsdiqləyiblər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью