Dövlət Teatr Muzeyində mühazirə saatı keçirilib

27.05.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 may, AZƏRTAC

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May - Müstəqillik Günü və 18 İyun – Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş mühazirə saatı keçirilib.

Bu barədə AZƏRTAC-a muzeydən bildirilib. Qeyd olunub ki, tədbirdə çıxış edən muzeyin əməkdaşı Günay Teymurova Azərbaycan Xalq Cümhuriyyəti dövründə hüquqi dövlət quruculuğundan söhbət açıb.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun baş məsləhətçisi Aydan Talıbova insan hüquqları anlayışı, mahiyyəti, beynəlxalq hüquqda yeri, insan hüquq və azadlıqlarının müdafiəsi, təmin olunması mövzularında geniş məruzə ilə çıxış edib.

Görüş sual-cavab formasında davam edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью