Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Cari ilin yanvar–oktyabr aylarında icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.
“Yeni Sabah” xəbər verir ki, 10 ay ərzində dövlət tibb müəssisələrinə 5 milyondan çox şəxs tərəfindən ümumilikdə 22 milyon müraciət daxil olub və müraciət edənlərin 1,5 milyondan çoxunu uşaqlar təşkil edib. Göstərilən xidmətlərin 88 faizi ambulator, 12 faizi isə stasionar xidmətlərin payına düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar–oktyabr aylarında pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı isə 6,7 faiz artıb. İnternet mağaza
Cəlalə Cəlalqızı