Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub

23.04.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Ramin Alik oğlu Rzayev Nazirliyin tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Ramin Rzayev 2003-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin tabeliyində “Mərkəzi Klinika” MMC-nin Hüquq şöbəsinin müdiri, Təftiş Departamentinin sədri, 2019-2021-ci illərdə “Azeract Consulting” MMC-nin direktoru vəzifələrində çalışıb. 2021-ci ildən hazırkı vəzifəsinə qədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью