Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeli qurumların sayı artırıldı KONKRET

05.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Nazirlər Kabineti 7 iyun 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi Agentliyin strukturuna daxil olmayan tabeli qurumların siyahısına əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью