Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, “Davamlı inkişaf” və “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedralarına kafedra müdiri, “Dillər” kafedrasına dosent, “İntellektual sistemlərin idarə olunması” kafedrasına baş müəllim tələb olunur.
Kafedra müdiri vəzifəsini tutmaq üçün müvafiq kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələrə, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər iştirak edə bilərlər.
Dosent vəzifəsini tutmaq üçün isə müsabiqədə professorlar, dosentlər, elmlər doktorları və elmlər namizədləri iştirak edə bilərlər.
Baş müəllim vəzifəsinə elan olunmuş müsabiqədə bir qayda olaraq ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı, yaxud istehsalat təcrübəsi, çap olunmuş elmi-metodiki işləri olan yüksək ixtisaslı ali təhsilli mütəxəssislər (magistrlər) iştirak edə bilərlər.
Sənədlər bu elan dərc edilən gündən bir ay müddətində təqdim olunur.
Könül