Dövlət Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anılıb

04.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, pedaqoq, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, bəstəkarın əsərlərini Dövlət Uşaq Filarmoniyasının solistləri, Əməkdar müəllim, professor Gülnarə Acalovanın və beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadənin tələbələri ifa ediblər.

Proqramda bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “İnsan məskən salır” kinofilmindən, “Çar kəndinin heykəli” fortepiano silsiləsi, romansları səslənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью