Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 758,8 min nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, bu göstərici cari ilin fevral ayının 1-i ilə müqayisədə 1,8 min nəfər və ya 0,1% çoxdur.
Fevralın birinə qədərki dövrdə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 757 min nəfər olub.
Ölkədəki muzdla çalışan işilərin 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət (özəl) sektorunda fəaliyyət göstərib.
Aylıq müqayisədə dövlət sektorunda işəyənlərin sayı min nəfər azalıb, özəl sektorda çalışanların sayı isə 2,8 min nəfər artıb.
Belə ki, fevralın əvvəlinə Azərbaycanda iqtisadiyyatın dövlət sektorunda muzdla çalışan işçilərin sayı 879,5 min nəfər, özəl sektorunda çalışan işçilərin sayı isə 877,5 min nəfər idi.