“Dövlət və özəl tibb müəssisələrində əməliyyatların sayı artıb” Aynurə Əhmədova

27.11.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ümumi dövlət və özəl tibb müəssisələri üzrə icra olunan əməliyyat və prosedurların sayı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 5% artaraq 571 449-a çatıb”.

Metbuat.az xəbər verir ki, bunu Gəncə şəhərində media nümayəndələri üçün təşkil edilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

2024-cü ilin eyni dövründə bu rəqəm 542 516 təşkil edib.

Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyat növləri:

Ginekologiya əməliyyatları Urologiya əməliyyatları Oftalmologiya əməliyyatları

Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri:

Sabunçu Tibb Mərkəzi Sumqayıt Tibb Mərkəzi Yeni Klinika Gəncə Birləşmiş Şəhər Xəstəxanası Mərkəzi Neftçilər Xəstəxanası

Tibbi müraciətlər və sığorta əhatəsi

Səhiyyə statistikası göstərir ki, tibb müəssisələrinə edilən müraciətlərin sayı da artıb:

Müraciət sayı: 2025-ci ilin ilk 10 ayında tibbi müraciətlərin sayı 20 879 657 təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14% artım deməkdir.

Tibb işçilərinin sayı: Tibb işçilərinin sayında 12% artım qeydə alınıb.

İcbari Tibbi Sığorta: Təqdimatda bildirilib ki, əhalinin 50%-i artıq icbari tibbi sığortadan yararlanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью