Dövlət Vergi Xidməti 3 cü Karyera Sərgisində iştirak edib

02.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 may, AZƏRTAC

ADA Universitetində 13-cü Karyera sərgisi keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, sərgidə 152 şirkət və insan resursları üzrə 350-dən çox nümayəndə iştirak edib.

Karyera sərgisi gənclərə əmək bazarında təmsil olunan qurum və şirkətləri daha yaxından tanımaq, özlərinə uyğun iş imkanlarını asanlıqla tapmaq fürsəti verib.

Sərgiyə Dövlət Vergi Xidməti (DVX) öz stendi ilə qatılıb. Burada tələbələrə DVX-də yaradılan iş imkanları, işə qəbul prosesi, ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunan Yay Təcrübə Proqramı barədə ətraflı məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью