Dövlət Vergi Xidmətində yeni təyinat

12.11.2025

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) bir sıra kadr dəyişiklikləri olub.

 “Yeni Sabah” xəbər verir ki, DVX rəisi Orxan Nəzərlinin əmri ilə Şahin Məmmədov məsul vəzifəyə təyin edilib. Bu barədə Ş.Məmmədli özü məlumat verib:

“Bu gündən Dövlət Vergi Xidmətində yeni məsul bir vəzifədə işimi davam etdirirəm. Dövlət Vergi Xidmətinin media üzrə əlaqələrinə indi Günel Bəhramqızı baxacaq.

Uzaqda deyiləm, eyni strukturdayam. Hər hansı məsələ və ya sual yarandıqda mənimlə də rahatlıqla əlaqə saxlaya bilərsiniz.

İndiyədək göstərdiyiniz dəstəyə və əməkdaşlığa görə hər birinizə təşəkkür edirəm”.

Əsmətxanım


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью