Yenisabah saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti elan etdiyi satınalma müsabiqəsinə yekun vurub.
“Yeni Sabah” xəbər verir ki, qurumun istifadəsində olan avadanlıqlara və proqram təminatlarına texniki dəstəyin göstərilməsi, eləcə də lisenziyaların satın alınması ilə bağlı “CASPEL” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tərəflər arasında ümumi dəyəri 2 milyon 815 min 98,86 manat (2.815.098,86 AZN) təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, 2005-ci ildə təsis edilmiş “Caspel” MMC daha əvvəl müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisə ilə bağlı “Azərpoçt” MMC-ni məhkəməyə verib (işə Bakı Kommersiya Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə baxılıb). Sərfəli qiymətə məhsullar
Cəlalə Cəlalqızı