Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində kadr dəyişikliyi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə xidmət rəisi Orxan Nəzərli əmrlər imzalayıb. Rəisin əmri ilə xidmətin Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib. Baş idarənin rəisi vəzifəsinin icrası rəis müavini Müzəffər Mikayılova həvalə olunub.
Xidmət rəisinin digər əmri ilə Baş İdarənin Təhlil şöbəsinin rəisi Fərid Hacıyev də vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.