Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı Foto

12.12.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.

Ölkə.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu "Nəsib Tibb Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsiv Xuddam oğludur.

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью