Dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 8,5 minə yaxınlaşır

01.11.2025

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndiyədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 56 079 borcalana 3,688 milyard manat kredit verilib.

Bu barədə 525.az İKZF-dən məlumat əldə edib.

Bundan başqa, zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği 642 milyon manata bərabər olub.

8 449 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью