Dövlət Xidməti: 9 mindən çox resursun dayanması təkcə “Cloudflare”lə bağlı deyil

20.11.2025

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“9 mindən çox ölkə resursunun fəaliyyətinin dayanmasını sadəcə “Cloudflare hadisəsi” kimi qiymətləndirmək düzgün olmazdı. Bu, xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələsidir. Təsirlənən resursların böyük qismi media resursları idi ki, bu da informasiya müharibəsinə hazırlığımızı bir daha qiymətləndirməyimizə işarə edir".

“Yeni Sabah” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

O qeyd edib ki, son 3 ildə bir neçə dövlət qurumunun “Cloudflare” kimi xarici provayderlərə trafik ötürməsi və trafikin xaricdə təmizlənməsi hallarının qarşısı alınıb, həmin qurumların mühafizəsi Azstate şəbəkəsi vasitəsilə həyata keçirilib”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью