Dövlət Xidməti: “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər təşəbbüsü Milli Məclisdə baxışdadır AZƏRTAC

13.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 dekabr, AZƏRTAC

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna, habelə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə bir sıra dəyişikliklərin edilməsi təşəbbüsünü irəli sürüb. Dəyişikliklər toplusu Milli Məclisə təqdim olunub və hazırda baxışdadır.

Bunu AZƏRTAC-a açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.

P.Sədrəddinov bildirib ki, layihə qəbul olunduğu halda qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью