Dövlət Xidməti jurnalistlərə 9 100 manatlıq bal hədiyyə edib | Icma.az
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “İ M HONEY” MMC (VÖEN- 1603524621) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “İ M HONEY” MMC KİV orqanlarında çalışan jurnalistlər üçün hədiyyələrin alınması xidmətlərini göstərib və qarşılığında 9 min 100 manat alıb.
Qeyd edək ki, 15 yanvar 2019-cu il tarixində dövlət qeydiyyatına alınan “İ M HONEY” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Qara Qarayev pr., ev 116, m.
76-da yerləşir. Qanuni təmsilçisi Məmmədov Fərəhi Çingiz oğlu olan MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir.
Onu da bildirək ki, “İ M HONEY” MMC bal və arıçılıq məhsullarının satışı ilə məşğul olur.
Şirkət bazarda daha çox xüsusi qablaşdırmada olan hədiyyəlik bal və arıçılıq məhsulları ilə tanınıb.Elnur Əli Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu