Dövlət Xidməti kiberqruplaşmanı ifşa etdi

05.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanın izinə düşüb.

"Cebheinfo.az"  bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilərək zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib. Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumillikdə 270 741 kompüteri yoluxdurduğu aşkar edilib. Sözügedən hədəflərin 7 790-ı Azərbaycana məxsus kompüterlər olub. Ölkədə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olub. İnformasiya təhlükəsizliyini təmin etmək üçün dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.

Mərkəz informasiya təhlükəsizliyİ üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antivurslardan istifadə etməyi tövsiyə edib.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью