Dövlət xidməti: Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev sökülməyəcək

30.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahsısındadır.

Bu barədə APAnın sorğusuna cavab olaraq, Dövlət xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.

Qeyd edək ki, Murtuza Muxtarov 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью