Dövlət Xidməti on bir ayda 72 min 406 mənşə sertifikatı verib AZƏRTAC

28.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 dekabr, AZƏRTAC

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzində 72 min 406 mənşə sertifikatı verilib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,3 faiz artıb.

Mallar üzərində tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədilə müəyyən olunan mənşə sertifikatı ixrac və idxal əməliyyatları zamanı sahibkarların güzəştli gömrük rüsumlarından faydalanmasına şərait yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью