Dövlət Xidmətinə qəbul üçün test imtahanı keçiriləcək

28.09.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) həqiqi hərbi xidmətə və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün test imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Cebheinfo.az”-a bildirilib ki, test imtahanı oktyabrın 2-də saat 11:00-da DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsi ilə əldə edə bilərlər.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.  

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью