Dövlət Xidmətinin rayon şöbəsində insident: Həbs olunan var

18.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb.

2007-ci il təvəllüdlü çağırışçı, Astara rayon Şümrüd kənd sakini Samir Sərvərov (ad-soyad şərtidir) inzibati binada olan zaman xidmətin əməkdaşlarına qarşı tabesizlik göstərib. İnsident zamanş çağırış vərəqəsini cıran şəxs, polisin də qanuni tələblərinə tabe olmayıb. Məişət texnikası

S.Sərvərov barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. O, məhkəmənin qərarı ilə 8 gün müddətinə inzibati qaydada həbs olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью