Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. XXI əsr bir miflə vidalaşma dövrüdür.
Müharibələr artıq tank və top səsləri ilə başlamır. Ən böyük döyüşlər indi beyinlərdə gedir - sosial şəbəkə başlıqlarında, trend olan həştəq
Müasir konfliktlər üçün nə mərmi, nə də raket lazımdır - bir TikTok videosu bəs edir, hətta əgər o video zirzəmidə çəkilibsə də.
İnformasiya texnologiyaları təkcə ünsiyyət tərzini dəyişməyib - informasiya öz-özlüyündə silaha çevrilib.
Bu dövrdə dezinformasiya artıq təsadüfi yalnışlıq deyil, silahdır. Onun gücü kilotonlarla yox, paylaşım sayıyla ölçülür.
Hədəf - bədənlər yox, beyinlərdir. Bu, inama qarşı hücumdur, məntiqə zərbədir.
Faktla təhlilin arasındakı sərhədi pozmaq üçün atılan qəsdli addımdır. Məqsəd?
Seçkilər, institutlar, alyanslar, insanların şəxsi tarixçələri.