Dövlət Yanğın Nəzarəti Xidmətinə yeni rəis təyin edildi

18.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə daxili xidmət polkovniki Vaqif İbrahimov gətirilib.

Qeyd edək ki, bir müddət öncə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general-mayor Aqşin Kazımov vəzifəsindən azad edilərək Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Fotoda: General-mayor Aqşin Kazımov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью