Dövlətçilik ənənələrimizin inkişafına verilən dəyərin təzahürü | Icma.az
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
7 dekabr Azərbaycan tarixində müstəqil dövlət quruculuğunun təməl daşlarından biri kimi xüsusi əhəmiyyətə malikdir.
1918-ci ilin məhz bu günündə — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi və Azərbaycan xalqının milli iradəsini təmsil edən ilk parlamentli respublika modeli rəsmi şəkildə fəaliyyətə başladı.
Bu mühüm iclas saat 13:30-da Bakıda, hazırda Əlyazmalar İnstitutu kimi tanınan binada baş tutdu və ölkənin görkəmli dövlət xadimi, diplomat Əlimərdan bəy Topçubaşov Parlamentin ilk sədri seçildi.Azərbaycan parlamentçiliyinin formalaşması 1918-ci ildən xeyli əvvəl — XX əsrin əvvəllərində, çar Rusiyasının Dövlət Dumasına keçirilən seçkilərdə iştirakla başlanmışdı.
Azərbaycanın qabaqcıl ziyalıları və siyasi xadimləri — Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov və başqaları çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı çıxaraq xalqın hüquqlarını qorumağa çalışmış, Azərbaycan türklərinin səsinin imperiya daxilində eşidilməsi üçün mübarizə aparmışdılar.
Bu şəxslərin fəaliyyəti sonradan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarında, o cümlədən parlament işində öz real siyasi təcəssümünü tapdı.Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti qısa — 1918–1920-ci illər arasında davam etsə də, ölkənin demokratik inkişafına misilsiz töhfələr verdi.
Bu dövrdə qadınlara seçki hüququnun verilməsi, uşaq və ailə hüquqlarının müdafiəsi, təhsil, sosial təminat və dövlət idarəçiliyi sahəsində irəli sürülmüş qanun layihələri Cümhuriyyətin mütərəqqi, qabaqcıl dövlətçilik ideyalarını əks etdirirdi.
Azərbaycan, qadınlara seçki hüququ verən ilk müsəlman dövləti kimi dünya miqyasında demokratik ənənələrin banilərindən biri oldu.Müstəqillik 1991-ci ildə bərpa edildikdən sonra Azərbaycan parlamenti yeni tarixi vəzifələrin icrasını üzərinə götürdü.
Tam oxu
Xəbəri oxu