Icma.az, Turkstan.az portalına istinadən məlumat verir. Elşən Mirişli Gəncə şəhəri, tarixçi VIII Yazı Əbül Müzəffər Sultan Yaqub Sultan Yaqu
Atası Ağqoyunlu Sultanı Uzun Həsən, anası onun əmisi qızı olan sevimli xanımı Səlcuqşah Bəyimdir.
Atası Uzun Həsən tərəfindən lələsi olaraq Qazi İsa Savəçi təyin olundu.Haqqındakı ilk məlumat isə atasının ölümü və qardaşı Sultan Xəlilin taxta çıxmasının ardından Diyarbəkir valisi təyin edilməsi, anası və kiçik qardaşı Yusif Mirzə ilə birlikdə paytaxtdan uzaqlaşdırılmasıdır.
Mövsüm şərtlərinin ağırlığı və o əsnada Van gölünü donduracaq dərəcədə sərt bir qışın keçməsinə baxmayaraq Diyarbəkirə göndərilməsi, bunun təyinatdan daha çox sürgün olduğunu düşündürür.
Sultan Xəlil dövründə Yaqub bəy Diyarbəkir valisi idi, lakin iyun ayında əyanlar Sultan Xəlili devirərək yerinə Yaqub bəyi taxta çıxardılar.
Sultan Yaqub Ağqoyunlu dövlətinin III Sultanı 15 iyun 1478- 14 dekabr 1490 oldu.
O, qardaşı tərəfindən Diyarbəkir valisi təyin edilmiş və qardaşı Sultan olduqdan sonra Azərbaycana gəlib,onun əleyhinə çıxmışdır.
Hicri-qəməri 883-cü il rəbiül-əvvəl ayının 14-də çərşənbə günü (1478,15 iyun, bazar ertəsi) Sultan Yaqub Xoy şəhəri kənarında qardaşını öldürüb, özü Sultan olmuşdur.Yaqub bəyin on iki illik hakimiyyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir.