Dövlətçilik və milliyyətçilik mənim üçün şüar deyil, mövqedir Xəyalə Mütəllimova

28.01.2026

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Dövlətçilik və milliyyətçilik mənim üçün şüar deyil, mövqedir.

Mənim dövlətim – mənim evimdir. Millətim – mənim kimliyimdir. Bu torpağa, bu bayrağa, bu dövlətə sədaqətim heç vaxt dəyişməyib və dəyişməyəcək.

Dövlətçilik yalnız kürsüdə oturmaq, vəzifə tutmaq deyil.

Dövlətçilik – ədalət deməkdir. Dövlətçilik – vicdan deməkdir. Dövlətçilik – dövlətin adından istifadə edib insanları incitməmək deməkdir.

Yaxın günlərdə Cənab Prezident tərəfindən sahibkarlığa dəstək, maneələrin aradan qaldırılması, biznes mühitinin sağlamlaşdırılması ilə bağlı dəfələrlə açıq-aydın çağırışlar səsləndirilir. Təəssüf ki, bu çağırışları eşitməyən, yaxud eşitmək istəməyən məmurlar da var. Dövlətin ali siyasi iradəsi sahibkarın yanında olduğu halda, dövlət postunda oturub bu iradəyə zidd davrananlar bilməlidirlər ki, onların atdığı hər süni maneə təkcə sahibkara yox, dövlətin nüfuzuna zərbədir.

Təəssüf ki, bəzən dövlət postunda oturan, amma dövlətin ruhunu daşımayan insanlar olur. Dövlətin adından sui-istifadə edən, sahibkarın yolunu açmaq əvəzinə süni maneələr yaradan, dövlətə xidmət etmək əvəzinə öz maraqlarını qoruyanlar var.

Amma bilinməlidir ki:

Dövlət – xalqdır.

Dövlət – sahibkardır.

Dövlət – zəhmətkeşdir.

Və dövlətin adına kölgə salan hər davranış, əslində dövlətə xəyanətdir.

Mən bu dövlətin yanındayam. Bu millətin yanındayam. Ədalətin, şəffaflığın və vicdanlı idarəçiliyin yanındayam.

Dövlətçilik qorxutmaqla yox, güvən yaratmaqla yaşayar. Millətçilik bölməklə yox, birləşdirməklə var olar!!!

“Artmood Agency” MMC şirkətinin təsisçi direktoru, “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Xəyalə Mütəllimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью