Dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verdi

12.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Qəhrəmanın doğum günüdür

1995-ci ilin mart hadisələri tarixi yaddaşımızda iz salıb. Dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimizə qarşı yönəldilmişdir. Hakimiyyətə gəlmək və Azərbaycanı parçalamaq niyyətində olan xəyanətkarların planlarını həyata keçirmək artıq həmin zamanda mümkün deyildi. Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan, inkişafından təşvişə düşənlər istənilən qüvvə ilə birləşib, ölkəmizə zərbə vurmaq istəyirdilər.

Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə, demokratik və qanuni yolla hakimiyyətə qayıdışı ölkəmizi sevməyən qüvvələri narahat edirdi.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətçiliyimizə çox qəsdlər oldu. Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində bunların qarşısı alındı. 1995-ci ilin martında baş verən hadisələr Azərbaycan dövlətçiliyinin qüvvətlənməsini istəməyənlərin əməli idi. Ulu Öndər hadisələrin gedişatına əsasən, qarşıdakı təhlükəni, respublikamızda yenə də dövlət çevrilişi cəhdi baş verə biləcəyini hiss edərək martın 15-də televiziya ilə xalqa müraciət etdi. 

1995-ci il martın 16-dan 17-nə keçən gecə paytaxtın 8-ci kilometr qəsəbəsindəki "OMON"-çuların qərargahı yaxınlığında atışma başlayır. Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etdiyi bir vaxtda, Azərbaycanın paytaxtında bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçirmək üçün dövlətçiliyimizə qəsd edir. Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı tökülür.

Azərbaycanın Milli Qəhrəmanı, mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh

Emin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev “N” saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adna layiq görülmüşdür.

Qaradağ rayonunun Sahil qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Sahil qəsəbəsindəki 14 saylı məktəb, bir küçə və park qəhrəmanımızın adını daşıyır.

Müşfiq MİRZƏ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью