Dövlətdə çalışanların sayı 8 minə yaxın azaldı BİR AYDA

10.09.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bu barədə Ölkə.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin iyulun 1-i ilə müqayisədə ölkədə muzdla çalışan işçilərin sayı 6,3 min nəfər azalıb. Müvafiq olaraq dövlət sektorunda çalışanların sayı 7,7 min nəfər və ya 0,9% azlıb, özəl sektorda çalışanların sayı isə 1,4 min nəfər və ya 0,15% artəb.

Muzdla çalışan işçilərin 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,5%-i təhsil, 13,9%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5%-i maliyyə və sığorta fəaliyyəti, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Könül

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью