Dövlətə borclu şirkət Təbriz küçəsini 23 milyona abadlaşdıracaq

24.07.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az Plat.az-a istinadən xəbər verir ki, işlərin həyata keçirilməsi üçün elan olunan satınalma müsabiqəsinin qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.

Qeyd edək ki, "Qrand Dizayn Konstrakşn" şirkətinin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Səbuhi Nurullayevdir. Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, şirkətin hazırda dövlətə 55 min 775 manat vergi borcu var.

Məlumat üçün deyək ki, qanunvericiliyə görə, vergi borcu olan şirkətin dövlət satınalmalarında iştirak hüququ yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью