Dövlətə külli miqdarda vergi borcu olan MTK MMC yə çevrilir

30.07.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Aviq" Mənzil-Tikinti Kooperativi (MTK) təşkilati-hüquqi formasını dəyişir.

Bakıvaxtı.az "Trend"ə istinadla xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Bildirilib ki, MTK təşkilati-hüquqi formasını dəyişdirərək məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevirilir.

Sözügedən şirkət 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 manat olan şirkətin qanuni təmsilçisi Əsgərov Əliyar Əsgər oğludur.

Qeyd edək ki, "Aviq" MTK-nın hazırda dövlətə 697 755 manat vergi borcu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью