Dövlətə məxsus 24 avtomobil hərraca çıxarılır | Icma.az
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 2-də Əmlak Məsəslələri Dövlət Xidməti tərəfindən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə məxsus 20 ədəd, Fövqəladə Hallar Nazirliyinə məxsus isə 4 ədəd nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
Axar.az xəbər verir ki, hərracda Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin 12 ədəd "Mitsubişi L200", 2 ədəd "Hunday Sonata", 1 ədəd "Nissan Sani", 1 ədəd "Mersedes Benz E240", 2 ədəd UAZ 220695, 1 ədəd "İveko Otoyol" markalı avtobusu, 1 ədəd "Otoyol M24.9" markalı avtobusu, Fövqəladə Hallar Nazirliyinin isə 2 ədəd VAZ-21214 və 2 ədəd "Şevrolet Niva" markalı nəqliyyat vasitəsi satışa qoyulacaq.
Nəqliyyat vasitələrinin buraxılış illəri 2000–2014-cü illəri əhatə edir.
Hərracda ilkin satış qiymətləri isə 3 000 manatdan başlayaraq 14 000 manatadək dəyişir.
Qeyd edək ki, hərracda iştirak üçün əvvəlcədən 10 faiz beh tələb olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu