Dövləti iqtisadiyyatdan uzaqlaşdırmaq olmaz Deputat

22.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bir gələcəkdə dövlətin iqtisadiyyatda rolunun tənzimlənməsi diqqətlə yanaşmalıyıq. Dövləti iqtisadiyyatdan uzaqlaşdırmaq olmaz. Hazırda özəl sektor ÜDM-in 80%-ni təşkil edir və bu çox yaxşı göstəricidir. Bundan artıq getmək olmaz. Belə ki, bu halda biz dövləti iqtisadiyyatdan uzaqlaşdırırıq və strateji məsələlər qıraqda qalır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deputat Ziyad Səmədzadə deyib.

"Hesab edirəm ki, biz bu gün liberallaşma, özəlləşmə və daxili bazarın qorunma məsələlərinə daha həsas yanaşmalıyıq”, - deyə deputat bildirib.

Anar Kəlbiyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью