“Dövləti verdik, sıra kilsədədir” Paşinyan

08.06.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Kilsəni xalqın ixtiyarına qaytarmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı tənqidi çıxışlarını davam etdirir. O, sosial şəbəkə hesabında paylaşdığı yeni açıqlamada kilsənin xalqın ixtiyarına verilməsi ilə bağlı iddialı fikirlər səsləndirib.

“Dövlət xalqa məxsusdur. Kilsə də xalqa məxsusdur. Biz dövləti xalqa qaytardıq. İndi kilsəni də xalqın ixtiyarına qaytarmalıyıq”, – deyə Paşinyan bildirib.

Bu bəyanat Ermənistan cəmiyyətində və xüsusilə dini dairələrdə geniş rezonans doğurub. Paşinyanın bu cür çıxışları bir çoxları tərəfindən kilsəyə qarşı kampaniya kimi dəyərləndirilir.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью