Dövlətimizə qarşı çağırışlara qəti mövqeyimiz!

05.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas

Son günlər qardaş Türkiyədə və İranda Azərbaycan Respublikasının dövlətçiliyinə, dövlətimizin milli maraqlarına və Prezident İlham Əliyevə qarşı səsləndirilən bəzi çağırışlar ciddi narahatlıq doğurur. Azərbaycan xalqı və dövlətimizin yanında olan hər kəs bu cür əsassız, təxribatçı və ölkəmizin daxili işlərinə müdaxilə xarakteri daşıyan yanaşmaları qətiyyətlə pisləyir.

Azərbaycan xalqı öz dövlətinin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hər zaman olduğu kimi bu gün də böyük həssaslıqla yanaşır. Xalqımızın iradəsi, milli həmrəyliyi və dövlətçilik mövqeyi heç bir kənar çağırış və təzyiqlə dəyişdirilə bilməz.
Bu gün Azərbaycan regionun güclü və müstəqil dövlətlərindən biridir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə, tarixi-mədəni irsinə və xalqımızın əsrlər boyu formalaşmış zəngin mənəvi irsinə sahib çıxır. Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin, dini abidələrin və mədəni irsin qorunmasıdır.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Qarabağın işğaldan azad edilməsi xalqımızın milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Bu gün ölkəmizin əldə etdiyi uğurlar Azərbaycan xalqının dövlətinə olan inamını və milli birliyini daha da möhkəmləndirib. Azərbaycanın dövlətçiliyi, suverenliyi və milli iradəsi heç bir halda müzakirə mövzusu ola bilməz.
Kənardan səsləndirilən əsassız çağırışlar, təzyiq cəhdləri və təxribat xarakterli bəyanatlar Azərbaycan xalqının seçimlərini dəyişdirə bilməz. Çünki Azərbaycan xalqı öz dövlətinin gələcəyini özü müəyyən edir və dövlətçiliyinin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Azərbaycanın dövlətçiliyi müzakirə mövzusu deyil!

Milli birliyimiz sarsılmazdır!

Xalqımız öz dövlətinin və dövlətçiliyinin yanındadır!

Kənardan səsləndirilən əsassız çağırışlar Azərbaycanın dövlətçilik iradəsini və xalqımızın milli birliyini dəyişə bilməz.

Bizim yolumuz bəllidir: güclü dövlət, milli birlik, mənəvi dəyərlərimizə və müstəqil Azərbaycanımıza sədaqət!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью