Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında ümumi dəyəri 3,2 milyard manat olan 6372 elektron satınalma həyata keçirilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron satınalmaların ümumi məbləği 0,1 faiz artıb. Onlayn mağaza
Qeyd olunan dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 nəfər təşkil edib. Elektron satınalmalarda ən aşağı qiymət təklifinin payı isə əvvəlki dövrlə müqayisədə 3 faiz bəndi artaraq 71,9 faizə yüksəlib.
Agentliyin məlumatına görə, satınalma proseslərində iştirakçı sayının artması təchizatçılar arasında rəqabətin güclənməsinə, daha əlverişli təkliflərin formalaşmasına və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına şərait yaradır.