Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hər zaman ölkədə əlilliyi olan şəxslərə sosial dəstək tədbirləri göstərilir.
Məhz BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər ilin 3 dekabr günü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunur. Bu münasibətlə dövlət əlilliyi olan şəxslərə 30 manat dəyərində kompensasiya ayırır.
Bu ödənişin alınması üçün həmin vaxt əlilliyi olan vətəndaşlardan müvafiq sənədlərin təqdim edilməsi tələb olunur.
Bəs kompensasiyanı verilməsi hansı mexanizmlə həyata keçirilir?
Məsələ ilə bağlı "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində bildirilib ki, proses həyata keçirmək üçün bəzi sənədlər təqdim edilməlidir:
“Hər ilin 3 dekabr günü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə əlilliyi olan vətəndaşlarımız müraciət üçün agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin