Dövlətin əsas qanunu: “Konstitusiyanın olması…” | Icma.az
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
12 noyabr Azərbaycan Respublikasının əsas qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi gündür.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın dövlət quruculuğunun əsaslarını qoyub.
1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya formalaşdırıldı və layihə 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi və noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı.
Referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edildi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Millət vəkili Elşad Musayev "Cebheinfo.az"a bildirib ki, Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub: "Konstitusiya demək olar ki, bütün müasir dövlətlərin əsas qanunudur.
Tam oxu
Xəbəri oxu