Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Bir çox hallarda hansısa inzibati xəta törədən şəxs dövlət tərəfindən cərimələnir.
Müxtəlif məbləğləri əhatə edən bu cərimələr haqlı suallar da doğurur.
Məsələn, dövlət tərəfindən təyin olunan pul cəzası necə ödənilir?
Vətəndaş borcunun tez ödəyə bilmirsə, o zaman necə olur?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, inzibatı xəta haqqında cərimə edilmə barəsində qəbul olunmuş qərar qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq ödənilməlidir:
“Əgər vətəndaş cərimə on gün ərzində ödəyərsə, 10 faiz məbləğində ödənişdən azad edilir. Əgər şəxs təyin olunan cəriməni ödəmirsə, belə olduğu halda onun əmək haqqı, pensiyasında, gəlirlərindən inzibati cərimə tutulmaq üçün həmin qərar göndərilir. Əgər şəxs işləmirsə, gəlirlərdən cəza ödəməsi mümkün deyilsə, məcburi icraya yönəldirilir. Məcburi icraya yönəldilmiş qərar 2 ay müddətində, məhkəmənin qərarı isə 15 gün müddətində icra olunmadıqda icra məmuru inzibati protokol tədbiq edir”.
Orxan
Gununsesi.info