Icma.az, Newscenter.az saytına istinadən bildirir. Bu ağır günlərdə dövlətimizin və millətimizin yanında olduğumuzu bəyan edirik.
Bəzilərinin bu bədbəxt hadisəni siyasi spekulyasiya predmetinə çevirmək cəhdini qınayırıq.Bu, siyasi partiyaların 25 dekabr tarixində baş verən bədbəxt hadisə ilə bağlı bəyanatında ifadə etdiyi bir fikir idi.
Siyasi partiyalar dövlətçilik mövqeyi ilə çıxış etdilər və bu həmrəylik nümayişi idi. Eyni zamanda, vətəndaşlarımıza çağırış idi.
Bu, siyasi dəstək nümunəsi idi və mən bunu yüksək qiymətləndirirəm. Bu mövqeyə görə 24 siyasi partiyaya təşəkkürümü bildirirəm.
O partiyaların arasında şəxsi münasibətlər sisteminə görə fərqləndirdiyim partiya sədrləri olsa da, bu mövqe partiyanın mövqeyidir.
Dövlət maraqlarını hər şeydən üstün tutan siyasi təşkilatlar mütləq dəyərləndirilməlidir.Siyasi partiyaların bəzilərinin ifadə etdikləri fikirlər açıq ünvanına çatmayıb, çünki bu prosesdən, bu həmrəylikdən, bu siyasi ləyaqət nümunəsindən iki partiya kənarda qaldı: Müsavat və AXCP.
Müsavat həmişəki kimi öz siyasi oyunlarının və maraqlarının təmin edilməsi üçün, habelə indiyə qədər davam etdirdiyi siyasi kursun təsirinə düşən müəyyən insanları tamamilə itirməsi səbəbindən bu bəyanata qoşulmadı.
Amma ətrafında olan insanlar bu prosesdə spekulyativ hərəkətlərə o qədər də meyilli olmadılar. İsa bəy hazırda partiyanın başqanıdır.