Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Prezident İlham Əliyev 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə müsahibə verib.
Dövlətimizin başçısı müsahibəsində Azərbaycan və Qazaxıstan arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.
Azərbaycan ilə Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlığın spektri çox genişdir.
Biz ticari-iqtisadi qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik.
Hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirərək ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir.
Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar istiqamətləri üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalarda, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq böyük potensial və geniş perspektivlərə malikdir.