Dövr dəyişir, müəllim də yenilənməlidir 60 bal yığan MÜƏLLİM

06.07.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

İyunun 18-də dövlət ümumi təhsil müəssisələrində çalışan təsviri incəsənət müəllimləri üçün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərdən biri də Sumqayıt şəhəri Məhəmməd Əsədov adına İnteqrasiya təlimi internat tipli gimnaziyanın müəllimi Zəkiyyə Nuriyeva olub. O, imtahanda 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olan müəllimlər sırasında yer alıb.

Sertifikasiya prosesi ilə bağlı fikirlərini Redaktor.az-la bölüşən Zəkiyyə müəllim bildirdi ki, bu sadəcə bir imtahan deyil:

"Mənim üçün sertifikasiya sadəcə bir imtahan deyil, ilk növbədə müəllimin öz fəaliyyətinə, peşəkar bilik və bacarıqlarına kənardan baxması, özünüqiymətləndirmə prosesidir. Yüksək nəticə göstərmək insana böyük motivasiya verir, illərlə çəkilən əməyin gözəl bir təsdiqidir. Dövr dəyişir, təhsil metodları və şagirdlərin dünyagörüşü yenilənir və buna görə də düşünürəm ki, müəllimlərin sertifikasiya imtahanından keçməsi məqsədəuyğundur. Sertifikasiya müəllimləri daim öz üzərində işləməyə, metodikanı və fənn biliklərini dərindən mənimsəməyə sövq edir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью