Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

03.03.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

Azərbaycanda pul bazası 2026-cı ilin fevral ayında yanvar ayı ilə müqayisədə 271,7 milyon manat və ya 1,2% artaraq 27 fevral 2026-cı il tarixində 22 milyard 817 milyon manata çatıb.

Bu barədə Marja Mərkəzi Banka istinadən xəbər verir.

Azərbaycanda pul bazası 2026-cı ilin yanvar ayında 2025-ci ilin dekabr ayının sonu ilə müqayisədə 75,1 milyon manat artaraq 30 yanavr 2026-cı il tarixində 22 milyard 545.3 milyon manata çatmışdı.

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.

Pul bazası (milyon manatla)

27.02.2026   22817.0

30.01.2026  22545.3

30.01.2026  22545.3

30.12.2025  22470.2

28.11.2025  22128.4

31.10.2025  21395.1

30.09.2025  21541.2

29.08.2025  21121.8

31.07.2025  21243.0

30.06.2025  21471.3

30.05.2025  20629.7

30.04.2025  20719.3

31.03.2025  21498.1

28.02.2025  19842.0

31.01.2025  20124.1

29.12.2024  20916.5

İş elanları AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью